Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Ukrayna Rusiyanın itkilərini açıqladı; daha bir rus gəmisi vuruldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna müharibənin 114-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 33 150 hərbçi, 1456 ədəd tank, 3563 ədəd zirehli döyüş maşını, 734 ədəd artilleriya sistemi, 97 hava hücumundan müdafiə sistemi, 215 ədəd hərbi təyyarə, 180 ədəd helikopter, 595 ədəd PUA itirib

Həmçinin Ukrayna ordusu Qara dənizdə Rusiya hərbçilərini Zmeyni adasına aparan “Vasili Bex” yedək gəmisini vurub. Bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

“Zmeyni adasına Qara dəniz donanmasının hərbçilərini və silah-sursat daşıyan “Vasili Bex” gəmisi məhv edilib. Gəmidəki TOR zenit-raket kompleksi də Ukrayna hərbçilərinə rus işğalçılarını məhv etməyə mane ola bilməyib”, – məlumatda qeyd olunub.

Gəminin “Harpun” raketi ilə vurulduğu bildirilir.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …