Almaniya İrana bağlı “Hamburq İslam Mərkəzi”nin rəsmisini ölkədən qovdu

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Almaniya hökuməti İrana bağlı “Hamburq İslam Mərkəzi”nin müdir müavini olan ruhani Süleyman Musəvifəri “terorçuluğu dəstəkləmək” ittihamı ilə ölkədən deportasiya edib.

“Hamburg Morgen Post” qəzetinin yazdığına görə, iyunun 18-də məhkəmə Musəvifərin “radikal şiə təşkilatlarını” dəstəkləməklə bununla bağlı videoları sosial mediada paylaşdığını bildirərək, onun ölkədən deport edilməsinə dair hökm çıxarıb.

Məhkəmə habelə xəbərdarlıq edib ki, Musəvifər ölkəni tərk etməyəcəyi halda “ağır cəzalar”la üzləşəcək.

Bundan əlavə, məhkəmə İranın dini rəhbərinə yaxın olan bu mollanın yenidən Almaniya ərazisinə daxil olmasına qadağa qoyaraq bildirib ki, bu qərarı pozarsa, Musəvifər 3 il həbs cəzası ala bilər.

Almaniyanın Konstitusiyanın Qorunması Federal Bürosu Hamburq İslam Mərkəzini Avropada “İranın uzun qolu” və İran rəhbərinə bağlı Almaniyada fəaliyyət göstərən “ən böyük və nüfuzlu İslam təbliğat mərkəzi” adlandırıb.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …