Bazar ertəsi , May 6 2024
azfa

Azərbaycanlı milli fəal Behnam Zareinin girov qarşılığında zaminə buraxılmasına icazə verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim iyulun 9-da həbs etdiyi azərbaycanlı fəal Behnam Zareinin girov qarşılığında zaminə buraxılmasına mane olur.

Rejimin Prokurorluğu azərbaycanlı fəalın zaminə buraxılmasına icazə vermir.

Qeyd edək ki, Güney Azərbaycan Vərziğan bölgəsindən olan və Təbriz Universitetində nəşr olunan “Ərk” nəşrinin baş redaktoru olmuş azərbaycanlı milli-mədəni fəal Behnam Zarei iyulun 9-da Vərziğanın Köhnəli kəndində yerləşən şəxsi evində həbs olunmuşdu.

Azərbaycanlı milli fəalın mobil telefon, kompüter və başqa şəxsi əşyalarının da rejimin məmurları tətəfindən müsadirə edilmişdir.

Azərbaycanlı fəalın ata və anasının övladları barədə xəbər tutmaq üçün məhkəməyə müraciətləri zamanı rejimin məmurları onlara qarşı kobudluq edib və onlar zorla məhkəmə binasından çıxarmışdılar.

Azərbaycanlı fəalın nə səbəbə görə yaxalanması barədə məlumat verilmir. Lakin onun “Vərziğansəsi” sosial şəbəkəsi vasitəsilə bölgənin problemləri, ətraf mühitin məhv edilməsi barədə paylaşımları ilə bağlı yaxalandığı güman edilir.

Behnam Zarei kənd təsərrüfatı üzrə bakalavr mərhələsində təhsilini bitirib və siyasi elmlər üzrə magistratura mərhələsində isə təhsilini dayandırmışdır.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …