Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

İrandan Zəngəzur dəhlizinə qarşı daha bir düşmən yanaşması

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın “Mehr News” xəbər ajansı işğalçı Ermənistanın tərəfini saxlayan və Azərbaycana qarşı qeyri-obyektiv şəkildə yazır:

“Bakı ilə İrəvan arasındakı münaqişədən 30 il keçir və son vaxtlar bu gərginlik İran və Ermənistan arasında sərhədi müəyyən edən, İslam Cumhuriyyətinin son dərəcə həssas olduğu sərhəd olan Zəngəzur bölgəsi üzərində mübahisəyə qədər uzanıb”.

Agentliyin qərəzli şəkildə hazırladığı “İranın üzərində həssas olduğu sərhəd” adlı infoqrafikada deyilir:

“Ermənistan-Azərbaycan sərhədində hərbi qarşıdurmadan 30 ilə yaxın vaxt keçir və İranın şimal-qərbindəki gərginlik onun Ermənistanla sərhədində təhlükəsizliyin pozulması ilə nəticələnib. İndi isə bu gərginlik “Zəngəzur dəhlizi” üzərində söz haqqı ilə bağlı fikri ayrılıqlarına qədər uzanıb.

Zəngəzur dəhlizi 38 kilometrlik həmin İran-Ermənistan sərhədidir. İranın Ermənistanla olan sərhəd xəttinin kəsilməsi bölgədə ticarət mübadilələrini çətinləşdirəcək. Bu ərazi ilə bağlı qərar qəbul etmək rəsmi İrəvan və Bakının mövzusu deyil.

Həmin qərar birbaşa İrana təsir edib və o, bununla bağlı öz mövqeyini ortaya qoyub. İranın dini rəhbərinin Putinlə görüşdə bu məsələyə toxunması mövzunun əhəmiyyətindən xəbər verir. Əli Xameneyi vurğulayıb ki, İran sözügedən sərhədin bağlanmasına səbəb olacaq siyasətin izlənilməsinə dözməyəcək.

İran-Ermənistan sərhədi ölkənin şimal-qərbindəki münaqişə məsələsi ilə bağlı rəsmi Tehranın qırmızı xətti sayılır. İrəvan və Bakı regionda təhlükəsizliyi bərqərar etməklə bu qarşıdurmaya son qoymalıdırlar”.

Həmçinin yoxlayın

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …

Quluncu kəndində tarixi türkcə məhəllə adları bərpa edilib

GADTB: Quluncu kənd bələdiyyəsi kəndin məhəllələrinə aid çoxsaylı tarixi türk adları küçələrdə quraşdırılan lövhələrdə əks …