Şənbə , Oktyabr 24 2026
azfa

Molla rejimi Suriya, İraq, Livan və Yəmənlə yanaşı Ukraynadakı qətliamda da şərik oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Suriya, İraq, Livan və Yəmənlə yanaşı Ukraynadakı qətliamda da şərik olmaq üçün Rusiyaya PUA-lar satır.

Rusiya İrandan 1000-ə yaxın zərbə və kəşfiyyat PUA-sı alacaq. Bu barədə informasiyanı tanınmış livanlı tədqiqatçı və jurnalist Elayca Magyer öz mənbələrinə istinadən yayıb.

“Rusiya İranla 1000 PUA-nın alınması üçün müqavilə imzalayıb. İlk dronlardan artıq Ukraynada istifadə olunub”, – Magyer qeyd edib.

Onun sözlərinə görə, son on ildə Rusiya dron sənayesinə lazımi diqqət və sərmayə qoymayıb, əksinə hipersəs raketlərinin hazırlanmasına diqqət ayırıb və bu istiqamətdə ABŞ-ı qabaqlayıb, amma Ukrayna müharibəsi göstərdi ki, pilotsuz təyyarələr hər bir ordu üçün lazımdır. 

Magyer vurğulayıb ki, İran İraq və Suriyada müxtəlif hədəflərə qarşı uğurla istifadə edilən və 2000 km-ə qədər məsafədəki obyektləri vuran yüksək dəqiqlikli uzaqmənzilli raketlər hazırlayıb.

O xatırladıb ki, iranlılar Suriyada bu texnologiyadan istifadə edərək onu Livan, Suriya, İraq və Yəməndəki müttəfiqlərinə, eləcə də Qəzzadakı fələstinlilərə ötürüb. 

Rusiya İrandan 1000-ə yaxın zərbə və kəşfiyyat PUA-sı alacaq – SİFARİŞ VERİB

 14-08-2022 16:55

Rusiya İrandan 1000-ə yaxın zərbə və kəşfiyyat PUA-sı alacaq – SİFARİŞ VERİB

Rusiya İrandan 1000-ə yaxın zərbə və kəşfiyyat PUA-sı alacaq.

Turkustan.az xəbər verir ki, bu barədə informasiyanı tanınmış livanlı tədqiqatçı və jurnalist Elayca Magyer öz mənbələrinə istinadən yayıb.

“Rusiya İranla 1000 PUA-nın alınması üçün müqavilə imzalayıb. İlk dronlardan artıq Ukraynada istifadə olunub”, – Magyer qeyd edib.

Onun sözlərinə görə, son on ildə Rusiya dron sənayesinə lazımi diqqət və sərmayə qoymayıb, əksinə hipersəs raketlərinin hazırlanmasına diqqət ayırıb və bu istiqamətdə ABŞ-ı qabaqlayıb, amma Ukrayna müharibəsi göstərdi ki, pilotsuz təyyarələr hər bir ordu üçün lazımdır. 

Magyer vurğulayıb ki, İran İraq və Suriyada müxtəlif hədəflərə qarşı uğurla istifadə edilən və 2000 km-ə qədər məsafədəki obyektləri vuran yüksək dəqiqlikli uzaqmənzilli raketlər hazırlayıb.

O xatırladıb ki, iranlılar Suriyada bu texnologiyadan istifadə edərək onu Livan, Suriya, İraq və Yəməndəki müttəfiqlərinə, eləcə də Qəzzadakı fələstinlilərə ötürüb. 

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …