Cümə axşamı , May 7 2026
azfa

İranın Türkiyə ilə düşmənçilik zəminində Ermənistan və başqa ölkələrin dənizə çıxışını təmin etməyə çalışır

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Ermənistanın İctimai Radiosunun saytının məlumatına görə, İran tərəfi Ermənistan da daxil olmaqla, dənizə çıxışı olmayan 8 ölkənin tranzit ehtiyaclarını ödəməyə hazır olduğunu bəyan edib. Ermənistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Əfqanıstan da daxil olmaqla dənizə çıxışı olmayan 32 inkişaf etməkdə olan ölkədən səkkizinin İranla ikitərəfli və çoxtərəfli tranzit əlaqələri var.

 Geosiyasət, enerji və beynəlxalq təhlükəsizlik məsələləri üzrə erməni ekspert Armen Manvelyan radioya müsahibəsində İranın buna hazır olmasının Ankara ilə Tehran arasındakı rəqabət kontekstində nəzərə alınmalı olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın son 30 ildə dənizə çıxışı olmayıb, çünki Ermənistana Qara və Aralıq dənizlərinə çıxışı təmin edə bilən Türkiyə sərhədləri bağlayıb və Ermənistanın BMT konvensiyalarında müəyyən edilmiş hüquqlarından faktiki olaraq məhrum edib.

“Ermənistanın bu layidə iştirakdan nə əldə edə bilər?” sualına Manvelyan belə cavab verib: “Ermənistan əsas maliyyə dövriyyəsini Rusiya ilə və müəyyən dərəcədə Avropa İttifaqı ilə təşkil edir. Ermənistan tərəfinin bu marşrutdan istifadə edə bilməsi üçün biz Hindistan və Çin bazarında fəal rol oynamalıyıq”. 

 “Hazırda Ermənistan yalnız Gürcüstan yolundan istifadə edir. Gürcüstan yeganə ölkədir ki, bizə dənizə çıxış imkanı verir və öz limanlarından istifadə etməyə icazə verir. Fars körfəzinin cənuba doğru dəmir yolu xətlərindən istifadə etmək üçün logistik problemlər həll edilməlidir, xüsusilə Şimal-Cənub (Qara dənizi Ermənistan üzərindən İran vasitəsilə Fars körfəzi ilə birləşdirən dəhliz) magistralının tikintisi başa çatdırılmalı və bundan sonra malların bir hissəsinin göndərilməsi mümkün olar. Əgər bu problemlər hökumət səviyyəsində həllini taparsa, Ermənistan tərəfi bundan  əhəmiyyətli dərəcədə faydalanacaq”.

Həmçinin yoxlayın

ABŞ qüvvələri Oman körfəzində İranın “Hosna” neft tankerini hədəfə alıb

GADTB: ABŞ-ın Mərkəzi Komandanlığı İran bayrağı altında üzən boş neft tankerini Oman dənizində hədəfə aldığını …

Azərbaycanlı vəkil Əbülfəz Rəncbəri girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: Universitet müəllimi və vəkil Əbülfəz Rəncbəri 16 ordibehişt 1405-ci ildə 50 milyard tümənlik girov …