Cümə axşamı , May 7 2026
azfa

Karay türkləri haqqda qısaca

GADTB: İvrit dilli mətnlərdə Karaim kimi yazılan xalqın adı Karaydır. Onlar indiyədək özlərinə Karaim yox, Karay deyirlər. Krımda, Litvada, kiçik icmalarla Avropa ölkələrində yaşayırlar. Yəhudilər kimi Talmuda yox, Tövrata tapınırlar. Tövratın ilk adı Tora olmuşdur. Moiseyin zamanında Tövrata türkcə Tora deyirdilər. Yaxşı olmazmı AMEA Folklor İnstitutunda onların şifahi xalq ədəbiyyatı, Dilçilik İnstitutunda dili elmi tədqiqatın obyektinə çevrilsin?

İki keklik karşı-karşı bir-birilen ötüşür,

Ötme keklik, ötme yavrum, bu dert bize yetişir.

Burada bizim anlaya bilmədiyimiz bircə söz yoxdur. Karayların çoxu eranın əvvələrindən Xll əsrə qədər gürcülərin Ereti adlandırdıqları Er ölkəsində yaşayırdı. Erlərin ölkəsi Arandır. Onların Kür çayı boyundakı qışlağı Qarayazı, qayalarda oyduqları mağaralar Karaykaha adlanırdı. David İudeyadan Karay monastırına gələndə Karaca ləqəbini qəbul etdi.Sonralar gürcülər o səcdəgah yerlərini David Qareci adlandırdılar. Mağaranın divarlarına qədim Türk, Alban, Uyğur əlifbaları ilə dualar yazılmışdı. Qonşularımız 37-ci ildə Tiflisdəki Şah Abbas məscidini dağıdanda o yazıları pozdular. Mağara divarındakı dualardan biri belə idi: Ari tanqri, ari yuca, ari acalsez, İsa ki xaça çəktəng rahmat galgil biza. Bax: İlhami Cəfərsoy. David Qaraca mağara – monastırları. Bakı, 2014. Litvadakı karaylar bazar günləri saat 4-də Riqa şəhərinin mərkəzi meydanında toplaşırdılar. Üçüncü kursda oxuyanda rəhmətlik Ə.Dəmirçizadə onların acı taleyindən ağrılı anlar söylədi. Ali məktəbi bitirəndən sonra ilk maaşımı alıb Riqaya getdim. Mərkəzi meydanda onların nümayəndələri ilə görüşdüm. Məni  dinləyib təəccübləndilər.

Həmçinin yoxlayın

İran yaxın həftələrdə neft saxlama imkanlarını itirə bilər

GADTB: İran Neft Nazirliyinin bir rəsmisi “The New York Times” qəzetinə bildirib ki, ölkə qarşıdakı …

Tramp: Papanın razı olub-olmamasından asılı olmayaraq, İran rejiminin nüvə silahına sahib olmaq haqqı yoxdur

GADTB: ABŞ prezidenti Donald Trump jurnalistin Roma Papası ilə bağlı sualını cavablandırarkən İranın nüvə silahı …