Bazar , Oktyabr 25 2026
azfa

Azərbaycan erməni vandalizmi ilə bağlı Avropa Məhkəməsinə müraciət etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu yaxınlarda Azərbaycan dövləti tərəfindən ermənilərin Laçının kəndlərindəki evləri yandırması və sökməsi ilə bağlı bütün məlumatlar Avropa Məhkəməsinə təqdim edilib.

Bunu Report-a açıqlamasında Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov deyib.

O bildirib ki, ötən həftənin cümə günü Azərbaycan dövləti Avropa Məhkəməsinə yeni məlumatlar təqdim edib:

“Məlumatda qeyd olunub ki, Laçını tərk edən ermənilər bu yanğınları dayandırmalı, bu əməldən çəkinməlidirlər”.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …