Şənbə , May 16 2026
azfa

İran xarici işlər naziri Ermənistanla əlaqələrin inkişafının vacibliyini vurğulayıb

GADTB: İranın xarici işlər naziri Azərbaycan və işğalçı Ermənistan arasındakı fikir ayrılıqlarının sülh yolu ilə həllinə çağırıb və İranın beynəlxalq sərhədlərin dəyişdirilməsi və ya regionda geosiyasi dəyişikliklərlə bağlı hər hansı addıma qarşı olduğunu vurğulayıb.

İran XİN-in rəsmi saytının məlumatına görə, oktyabrın 11-də İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Tehranda səfərdə olan Ermənistan-İran parlamentlərarası dostluq qrupunun rəhbəri Gevorq Tatoyanla görüşdə iki ölkə arasında yaxşı münasibətlərin yüksəlməsinə və parlamentlərin bu sahədəki roluna toxunub, iki ölkə arasında dostluq əlaqələrinin inkişaf etdirilməsində İran İslam Respublikasının səyləri ilə münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

O, habelə rüsum və xərclərin azaldılması yolu ilə iki ölkə arasında yükdaşıma və tranzitin asanlaşdırılmasını, Ermənistanda iki ölkənin müştərək iqtisadi və infrastruktur layihələrinin həyata keçirilməsində İran şirkətlərinin iştirakının önəminə toxunub.

Ermənistan-İran parlamentlərarası dostluq qrupunun rəhbəri də iki ölkə arasında yaxşı münasibətlərə işarə edərək, regionda baş verən proseslərlə bağlı ölkəmizin mövqeyinə təşəkkür edib və İran şirkətlərinin Ermənistanda əməkdaşlıqda maraqlı olmasını alqışlayıb. / Azad İran

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar …