Şənbə , Oktyabr 24 2026
azfa

İran günahsız ukraynalıları öldürməkdə ruslara yardım üçüm cinayətkarlarını Ukraynaya göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran günahsız ukraynalıları öldürməkdə ruslara yardım üçüm cinayətkarlarını Ukraynaya göndərib.

Ruslar “Şahid-136” kamikadze pilotsuz təyyarələrini işə salmaq üçün işğal olunmuş Xerson vilayəti və Krıma molla rejiminin təlimatçılarini gətirib. Bu barədə Ukrayna Milli Müqavimət Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

“İran cinayətkarlarını Jeleznı limanı, Qladovtsı (Xerson vilayəti) və Cankoy (Krım) qəsəbələrində yerləşdirilirlər. Onlar ruslara kamikadze pilotsuz uçuş aparatlarından istifadə etməyi öyrədirlər və Ukraynanın mülki hədəflərinə, xüsusən Nikolayev və Odessaya hücumlara birbaşa olaraq pilotsuz təyyarələrin buraxılmasına nəzarət edirlər”, – məlumatda deyilir.

Qeyd olunur ki, iranlı təlimatçılar rusların işğal zamanı ələ keçirdikləri binalarda yerləşdirilib.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …