Cümə , Oktyabr 23 2026
azfa

İran saytı Azərbaycana qarşı yalan iddia irəli sürüb

GADTB: İranın “Yekta Press” saytının iddia edib: “KİV-lər “müvəqqəti sionist rejimin” yeni bəhanələrlə Azərbaycan Respublikasında daha geniş miqyasda var olmaq cəhdindən xəbər verir.

“Middle East Monitor” saytı “Jerusalem Post” qəzetinə istinadən şənbə günü yazıb ki, İsrail rejimi Rusiyada yaşayan yəhudilərə yardım etmək və onları bu ölkədən çıxarmaq bəhanəsi ilə Azərbaycan Respublikasında müvəqqəti qaçqın düşərgələri yaradır.

Sionist mediası İsrail rejiminin mühacirət etmək istəyən rus yəhudilərinin yerləşdirilməsi üçün 25 milyon dollar ayırdığını iddia edib. Təl-Əvivin bu planı həyata keçirməsi bəhanəsi Rusiyada yaşayan yəhudilərin Rusiya ordusunun geyimində Ukraynaya qarşı savaş cəbhəsinə göndərilməkdən xilas olmasına kömək etməkdir.

Bu günlərdə isə mətbuatda Azərbaycan ilə müvəqqəti sionist rejim arasında hava nəqliyyatı və kibertəhlükəsizlik sahəsində razılaşmalar barədə məlumatlar yayılıb”. / Azad İran

Həmçinin yoxlayın

Tramp: İndi qərar verməliyik ki, İran İslam Respublikası rejiminin işini bitirək, yoxsa onun tədricən zəifləməsinə imkan verək?

GADTB: Donald Tramp İran İslam Respublikası qarşısında ABŞ-ın hərbi üstünlüyünü vurğulayaraq, Vaşinqtonun bütün məqsədlərinə nail …

Qrossi: Agentlik İranın nüvə fəaliyyətlərini yoxlamağa hazırdır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, İranın nüvə fəaliyyətlərinin …