Bazar , Avqust 30 2026
azfa

Ermənistanı dəstəkləyən İranın Sepah təşkilatı Azərbaycanı raket hücumu ilə hədələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanı dəstəkləyən molla rejimin terrorçu Sepah-nın Qüds qanadına “Telegram” kanalı açıq şəkildə Azərbaycanı raket hücumu ilə hədələyib.

Molla rejiminin rəsmi silahlı qüvvələrinin həmin kanal yazıb: “İranın hansı raket bazaları “Bakı” üçün təhlükəli sayılır?!”

Xüsusilə güneyli-quzeyli Azərbaycanı hədəf alam irqçi fars-molla rejimi Güney Azərbaycan ərazisində qurduğu raket bazaları ilə Azərbaycan Respublikasını hədələməyə başlayıb. Terror təşkilatı Sepahın kanalı davamında yazıb: “SEPAH-ın Aerokosmik Qüvvələrinə məxsus Təbrizdə yerləşən “Esfəhlan” adlı iki raket bazası cəmi bir neçə dəqiqə ərzində dəqiq yüksək dəqiqlikli ballistik raketlərlə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Kürdəmir və Bakıdakı “Nasosnaya” bazalarını məhv edə bilər…”.

Qeyd edək ki, irqçi fars-molla rejimi Azərbaycan İkinci Qarabağ müharibəsində öz ərazilərini işğaldan azad etdikdən sonra Azərbaycanla düşmənçiliyi gizlədə bilməyib düşmənçiliyini açıq müstəviyə daşıyıb.

Həmçinin yoxlayın

ABŞ İraq Kürdüstanındakı peşmərgələrə hərbi yardımı dayandırmaq niyyətindədir

GADTB: BBC-nin yayımladığı hesabata görə, Donald Tramp administrasiyası İraq Kürdüstanı bölgəsindəki peşmərgə qüvvələrinə göstərilən ABŞ …

Urmiya gölündə köçəri quşların heyrətamiz görüntüləri yayılıb

GADTB: Güney Azərbaycanın Urmiya gölünün adalarında həyat canlanıb. Köçəri və yerli quşlar gölün üzərindən uçaraq …