Şənbə , Oktyabr 24 2026
azfa

Türkiyənin yeni kamizadze dronu – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Titra Texnoloji” şirkəti yeni “Dəli” kamikadze dronunu təqdim edib.

Yeni məhsul ilk dəfə İstanbulda “SAHA Expo” sərgisində nümayiş olunub.

Şirkətin direktoru Davud Yılmazın sözlərinə görə, mütəxəsislər PUA-nın sınaqlarını tamamlamaq üzrədir və cari ilin sonunda aparat Türkiyə ordusunun arsenalına daxil ediləcək.

PUA həm avtonom, həm də mexaniki işləyə bilir, asanlıqla daşınır və 15 dəqiqə ərzində istifadəyə hazır olur. PUA-lar radioelektron mübarizə vasitələrinə qarşı aparatlarla təchiz ediləcək.

Kamikadze dron 180 km/saat maksimum sürətə çata, 3,5 min metrə qədər hündürlüyə qalxa bilir, 150-500 metr hündürlükdən döyüşə girməyi bacarır.

Aparat 3,1 kq ağırlığında döyüş başlığı daşımaq imkanındadır.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …