Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Ərdəbildə Əsra Pənahinin 40 mərasimi: “Azadlıq, ədalət, Milli Hökumət” şüarları səsləndirildi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Əradəbil şəhərində noyabrın 19-da molla rejiminin məmurları tərəfindən öldürülən məktəbli qız Əsra Pənahinin 40 mərasimində etiraz aksiyası keçirilib.

Molla rejiminin qüvvələri və mülki geyimli hökumət məmurlarının mərasimə müdaxiləsi, əhalini qəbristanlıqdan çıxmağa məcbur etmələri şəhər küçələrində etiraz aksiyasının keçirilməsi ilə nəticələnib.

Mərasimə qatılan azərbaycanlı əhali “Azərbaycan oyaqdı, öz qızına dayaqdı”, “Azərbaycan milləti, çəkənməz bu zilləti”, “Azadlıq, ədalət, Milli Hökumət” və s. şüarlar səsləndiriblər.

Molla rejiminin qüvvələri dinc etirazçılara və 40 mərasiminə qatılan əhaliyə zor tətbiq edib.

Qeyd edək ki, oktyabrın 12-də Ərdəbilin “Şahid” adlı orta məktəbinin şagirdləri məmurların hökumət lehinə mitinq tələbini rədd edərək hökumət əleyhinə şüarlar səsləndirmişdilər.

Molla rejiminin qüvvələrinin sərt müdaxiləsi və şagirdlərin döyülməsi nəticəsində Əsra Pənahi Xanqah adlı qız məktəbli qətlə yetirilmişdi.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …