Çərşənbə , Avqust 26 2026
azfa

Davuda Kabalı və başqa bir neçə məhbus rejimin Urmiyada yerləçən zindanında aclıq aksiyasına başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəal Davuda Kabalı və başqa bir neçə məhbus özlərinin qeyri-müəyyən vəziyyətdə həbsdə saxanılmalarına etiraz olaraq, rejimin Urmiyada yerləçən zindanında şənbə günün noyabrın 26-dan aclıq aksiyasına başlayıblar.

Davuda Kabalı cümə günün yaxınları ilə qısa telefon əlaqəsində bu barədə məlumat verib.

Artıq şənbə günü aclıq aksiyasına başladıqları üçün rejimin məmurları fəala ailəsi ilə əlqə saxlamağa imkan vermirlər və hələlik aclıq aksiyasına başlayan məhbusların sayı və vəziyyəti barədə məlumat əldə etmək olmur.

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …