ABŞ-ın Türkiyəyə “F-16” satışına qoyduğu qadağa ləğv edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Konqresinin Nümayəndələr Palatasının Türkiyəyə “F-16” qırıcılarının satışını məhdudlaşdıran maddələri müdafiə büdcəsi qanun layihəsindən tamamilə çıxarıb.

ABŞ Konqresinin hər iki palatasının Silahlı Qüvvələr üzrə Komitələri 2023-cü maliyyə ili üçün (oktyabrın 1-dən başlayaraq) 858 milyard dollarlıq müdafiə büdcəsini razılaşdırıb.

Qanun layihəsinin son variantında yunan lobbisinə yaxınlıqları ilə tanınan Nyu-Hempşir nümayəndəsi demokrat Kris Pappas, Florida ştatının respublikaçı nümayəndəsi Qus Bilirakis, Nyu-York təmsilçisi respublikaçı Nikol Malliotakis və Nyu-Cersi nümayəndəsi demokrat Frent Pellone daxil olmaqla 18 nümayəndə tərəfindən təqdim edilən və qanun layihəsinin Nümayəndələr Palatasının versiyasına əlavə edilərək qəbul olunan Türkiyəyə “F-16” satışlarını məhdudlaşdıran heç bir bənd yer almayıb.

Həmçinin yoxlayın

Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb

GADTB: Türkiyənin müdafiə şirkəti Samsun Yurt Savunma (SYS) helikopterlərdən pilotsuz uçuş aparatlarını (PUA) və dronları …

İraq Türkiyədən hava hücumundan müdafiə sistemləri alır

GADTB: İraq neft yataqları və diplomatik nümayəndəlikləri qorumaq məqsədilə Türkiyədən 20 ədəd hava hücumundan müdafiə …