Bazar ertəsi , Sentyabr 7 2026
azfa

Molla rejimi Təbrizdə Aylar Həqqinin qırx mərasimində Səid Mahmudini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Urmiya şəhərindən olan milli fəal Səid Mahmudini həbs ediblər.

Azərbaycanlı fəal rejimin qüvvələri tərəfindən öldürülən azərbaycanlı öyrənci qız Aylar Həqqinin dekabrın 27-də Təbrizdə keçirilən 40 mərasiminə qatıldığı üçün həbs edilib.

Qeyd edək ki, Təbrizin “Vadi rəhmət” qəbristanlığında Aylar Həqqinin 40 mərasimi zamanı rejimin məmurları ilə mərasim iştirakçıları arasında qarşıdurma olub və Aylar Həqqinin valideynləri də daxil olmaqla 10-dan çox insan yaxalanıb.

Güney Azərbaycanın müxtəlif şəhərlərindən 40 mərasiminə toplaşan azərbaycanlılar “Azərbaycan yatmayıb, Aylarını atmayıb”, “Azadlıq, Ədalət, Milli Hökumət” və türkcə digər milli şüarlar səsləndiriblər.

Həmçinin yoxlayın

Molla rejimi iqtisadi təzyiqlərin güclənməsi fonunda etirazların başlamasından narahatdır

GADTB: İran dəniz blokadası, hərbi əməliyyatlar və ABŞ-ın sanksiyaları səbəbindən getdikcə artan təzyiqlərlə üzləşir və …

Azərbaycanın azad edilmiş ərazilərində daha 168 mina, 1390 partlamamış hərbi sursat aşkarlanıb

GADTB: İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə …