Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Molla rejiminin həbs etdiyi Tahirə Becrəvani ailəsilə telefon danışığında Evin zindanında həbsdə olduğunu deyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin həbs etdiyi azərbaycanlı xanım Tahirə Becrəvani dünən ailəsilə telefon danışığında Evin zindanının 209-cu bölməsində həbsdə olduğunu deyib.

Qeyd edək ki, Tahirə Becrəvani 2019-cu ilin noyabr etirazlarında hökumət qüvvələri tərəfindən öldürülən Əli Fətuhinin həyat yoldaşıdır.

Güney Azərbaycanın Ərdəbil şəhərindən olan Tahirə Becrəvani 10 gündən çoxdur ki molla rejiminin məmurları tərəfindən yaxalanıb.

Azərbaycanlı xanım dekabrın 21-də Tehranın Qala Həsənxan bölgəsində özünün iş yerində rejimin  məmurları tərəfindən həbs edilmişdi.

Fəalın ailəsi aidiyyəti orqanlara müraciətlər etsələr də, onun harada saxlanıldığı və nədə ittiham olunduğu barədə məlumat ala bilməmişdilər.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …