Çərşənbə , Yanvar 1 2025
azfa

Molla rejiminin ETTELAAT Nazirliyi həbs olunanların edamına şərait yaradıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı hüquqşünas və vəki Sina Yusefi tvitində İran rejiminin ETTELAAT Nazirliyinin etirazçılara və son etirazlarda həbs olunanlara qarşı törətdiyi cinayətlər haqda yazıb.

Azərbaycanlı vəkil yazıb ki, İranın ETTELAAT Nazirliyi təqsirləndirilənlərin cinayət işinə “bu təqsirləndirilən şəxsin cəzalandırılmasına heç bir maneə yoxdur” cümləsini daxil etməklə onların edamına və məhkəmə orqanları tərəfindən cəzalandırılmasına yol açır.

Azərbaycanlı vəkilin fikrincə, Seyid Məhəmməd Hüseyninin edam edilməsinə səbəb də həmin ifadə olub.

Azərbaycanlı hüquqşünas İslam Respublikası məhkəmələrində hələ də işi bağlanmamış qalan insanlara məsləhət görüb ki, bu məlumatları mediada işıqlandırmaqdan qorxmasınlar.

Həmçinin yoxlayın

Türk tayfaları arasında Ayaz Ata hekayəti

GADTB: Ayaz Atanın hekayəsi bizə köhnə folklorumuzdan gəlir. Ayaz Ata haqqında çoxlu hekayələr, nağıllar danışılıb. …

Molla rejimin müstəmləkə siyasətinin nəticələrindən; Azərşəhr bölgəsində məktəblərin yarısı istifadəyə yararsızdır

GADTB: Güney Azərbaycanın Azərşəhr bölgəsində məktəblərin yarısı istifadəyə yararsızdır. Bu haqda Azərşəhr şəhərinin başçısı Rza …