Çərşənbə , May 8 2024
azfa

Ukrayna daha 12 İran PUA-sını vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna daha 12 İran istehsalı olan PUA-nı vurub.

Kiyev Hərbi Administrasiyasının rəhbəri Sergey Popko bununla bağlı deyib ki, Rusiyanın Kiyevə hücumu zamanı İran istehsalı olan daha 12 PUA vurulub.

“Ukraynanın Hava Hücumundan Müdafiə qüvvələri 12 “Şahid” pilotsuz uçuş aparatı müəyyən edərək məhv edib”, – o qeyd edib.

O bildirib ki, pilotsuz uçuş aparatlarından birinin qalıqları paytaxtın qərbində yerləşən ofis binasının üzərinə düşdüyü üçün dağıntı və yanğına səbəb olub.

Həmçinin yoxlayın

Azərbaycan Slovakiya ilə silah istehsal edəcək

GADTB: Slovakiyada müdafiə sənayesinin inkişafını dəstəkləmişəm. Cənab Prezidentlə (Azərbaycan Prezidenti İlham Əliyev – red.) bəzi …

Güney Azərbaycanda tarixi qala məhv edilir

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində yerləşən tarixi Ultan qalası ərazidə aparılan qanunsuz tikinti işləri səbəbindən …