Çərşənbə , İyul 1 2026
azfa

Əmir Ərşədin tarixi binası acınacaqlı vəziyyətdədir- Video

Güney Azərbaycanın Qaradağ bölgəsinin Ovxara kəndində yerləşən tarixi Daş imarət (Əmir Ərşəd) sarayı baxımsızlıq üzündən dağılmaqdadır.

Qacar ​​dövrünə aid tarixi abidələrdən biri olan bu ərazi və tarixi ev bərbad vəziyyətdədir. Bu tarixi evin divarları nümayəndələrin reklam məkanına çevrilib, ərazisi acınacaqlı vəziyyətə düşüb. 

23 il öncə bərpası ilə bağlı işlərin başladıldığı bildirilsə də, bu müddət ərzində tarixi abidənin bərpası və qorunması ilə bağlı iş görülməyib.

Qeyd edək ki, Daş İmarət (Əmir Ərşəd) sarayı Qacarlar dövrünün memarlıq nümunələrindən sayılır.

Abidə 22 noyabr 1999-cu ildə İran Milli Əsərlər siyahısında 2555 nömrəsi ilə qeydiyyata alınsa da, qorunması və bərpası üçün vəsait ayrılmayıb.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Kari ümumi bölməyə köçürüldükdən sonra aclıq aksiyasını dayandırıblar

GADTB: Evin həbsxanasında saxlanılan azərbaycanlı fəallar Abbas Lisani və Yusif Kari ailələri və yaxınları ilə …

Əli Cənnəti: İranda yenidən etirazların baş verməsi ehtimalı var

GADTB: İranın keçmiş mədəniyyət və islami irşad naziri Əli Cənnəti “Xəbər Onlayn” saytına müsahibəsində bildirib …