Çərşənbə axşamı , İyun 30 2026
azfa

İsrail İranı Suriyadan tamamilə çıxaracağını deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrailin müdafiə naziri Yoav Qalant deyib ki, İsrail Suriyada İran ordusuna qarşı hərbi əməliyyatlara başlamağa hazırdır və əsas məqsəd onları qonşu dövlətdən sıxışdırıb çıxarmaqdır.

 “Əgər Tehran İsrail sərhədləri yaxınlığında ordusunun mövqelərini həddindən artıq gücləndirsə, Təl-Əviv onların Suriyadan çıxarılmasına qədər döyüşəcək. İsrail nə İran, nə də Livanın Hizbullah qruplaşmasının ölkə vətəndaşlarına zərər vurmasına icazə verəcək. Dövlət təhlükəsizliyinə hər tərəfdən təhdidlər artıb. Xüsusən də Tehran İordan çayının qərb sahili və Qəzzaya təsir etməkdə davam edir”, – o bildirib.

Həmçinin yoxlayın

Əli Cənnəti: İranda yenidən etirazların baş verməsi ehtimalı var

GADTB: İranın keçmiş mədəniyyət və islami irşad naziri Əli Cənnəti “Xəbər Onlayn” saytına müsahibəsində bildirib …

Kürd terror təşkilatların Tehrana quru əməliyyatını rədd edib, Urmiyaya doğru irəliləmə təklif etdikləri bildirilir

GADTB: Amerikanın Səsinin fars bölməsinin “Omq-e Meydan” proqramında aparıcı Fatimə Xezr Heydərinin Mustafa Hicri ilə …