Şənbə , Yanvar 4 2025
azfa

4 aydan sonra Mahmud Ocaqlu ETTELAAT İdarəsinin təcridxanasından Evin zindanına köçürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan milli hərəkatının fəalı Mahmud Ocaqlu ETTELAAT İdarəsinin təcridxanasından 4 ay sonra Evin zindanına köçürülüb.

Bu azərbaycanlı siyasi məhbus dindirmələrin başa çatması və Evin həbsxanasının 1-ci bölməsinə köçürülməsi barədə ailəsinə məlumat yayıb.

Mahmud Ocaqlu ETTELAAT Nazirliyinin agentləri tərəfindən həbs olunduqdan 15 gün sonra ETTELAAT Nazirliyinin təcridxanasında dindirilib. Həmçinin, məhkəmə orqanları həbsindən 45 gün sonra ona müvəqqəti azadlığa buraxılıb və girovla razılaşıblar, lakin ailəsi onun müvəqqəti azadlığa buraxılması üçün inzibati prosedurlardan keçmək üçün müraciət etdikdə, rejim Ocaqlunu azad etməkdən imtina edib və onun həbs müddətini uzadıb.

Qeyd edək ki, Mahmud Ocaqlu 1 mart 2023-cü ildə Tehrandakı iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs edildikdən sonra şərlənərək, “İslam Respublikasına qarşı təbliğat aparmaq” və “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq və sövdələşmə” maddələri ilə ittiham olundu.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə və Heydər Oğuzun “Xamneyinin Amuli quşu” mövzusunda çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

İran hər vasitə ilə Livanda terroru dəstəkləməyə çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beyrutun “Rəfiq Həriri” hava limanında İranın “Mahan Air” …