Cümə , İyun 26 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəal Behnam Şeyxini məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Behnam Şeyxini məhkəməyə çağırııb.

Azərbaycanlı milli fəallar sosial mediada paylaşım edərək, İran məhkəməsinin elektron sistemi vasitəsilə çağırış göndərildiyini yazıb.

Azərbaycanlı fəal Behnam Şeyxidən 10 gün ərzində Tehranın Baharistan bölgəsində yerləşən rejimin İnqilab Prourorluğuna getməsi istənilib.

Azərbaycanlı milli fəal deyilən vaxtda qurumun Məhkəmə Hökmlərinin İcrası İdarəsinin 2-ci bölməsində olmalıdır.

Qeyd edək ki, Behnam Şeyxi 2016-cı ildə Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri qanuni qrup formalaşmasında iştirak etmək” ittihamı ilə 10 il həbs cəzası və Xuzistan əyalətinə iki il sürgün cəzasına məhkum edilmişdi.

Bu cəza Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilmişdi. Azərbaycanlı fəal 2020-ci il iyulun 21-də Tehrandakı iş yerində təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq Evin həbsxanasına köçürülmüşdü. O, bir il həbsdə qaldıqdan sonra Məscid Süleyman şəhərində iki illik sürgünə göndərilmək şərti ilə vaxtından əvvəl həbsdən buraxılmışdı.

Həmçinin yoxlayın

Çikaqo meri avqust ayını “Türk Mədəni İrsi Ayı” elan edib

GADTB: Çikaqo şəhərinin meri Brandon Conson Türkiyə-Amerika icmasının şəhərin mədəni, ictimai və iqtisadi həyatına verdiyi …

NATO: İran nüvə silahına sahib olmamalıdır”

GADTB: NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampla görüşdən sonra İranın nüvə silahı …