Cümə , Avqust 21 2026
azfa

Tehranda molla rejimin məmurları Traxtur tərəfdarlarına hücum etdi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mayın 18-i günorta saatlarından başlayaraq Tehran şəhərinin “Azadi” stadionuna gedən yollarda Təbrizin “Traxtur” futbol klubunun tərəfdarlarıyürüş keçirirlər.

Yürüş bu gün yerli vaxtla saat 18:00-da Tehranın “İstiqlal” futbol komandası ilə Təbrizin “Traxtur” komandasının baş tutacaq qarşılaşmasına hazırlıqlarla bağlıdır.

Qruplar halında stadiona doğru gedən tərəfdarlar “Dağlar başı dumandır, Tehran Azərbaycandır”, “Hədəfimiz bir olsun, qartal qəhrəman olsun” şüarları səsləndirirlər.

Bununla yanaşı oyunun başlamasına saatlar qalmış “Azadi” stadionuna toplaşan azərbaycanlı tərəfdarlar “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Azadlıq, ədalət, milli hökumət” şüarları səsləndirirlər.

Qarşılaşmanı izləmək üçün Tehrana on minlərlə “Traxtur” azarkeşinin toplaşmasına baxmayaraq, 100 min nəfərlik stadiona cəmi 1500 nəfər “Traxtur”çunun buraxılacağı bildirilib. Hökumət məmurları və “İstiqlal” komandasının azarkeşləri azərbaycanlıların stadiona toplaşmalarına mane olublar. Məhz bundan sonra “Traxtur” azarkeşləri ilə “İstiqlal” azarkeşləri arasında qarşıdurma baş verib.

Toqquşma nəticəsində bir neçə nəfər yaralanıb və hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib.

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə …

Suriya xarici işlər naziri: İran Suriyada xalqa qarşı törətdiklərini etiraf etməlidir

GADTB: Suriya xarici işlər naziri Əsəd əl-Şeybani avqustun 21-də Pakistana rəsmi səfəri zamanı Tehranla mümkün …