Çərşənbə , Avqust 26 2026
azfa

Molla rejimi azərbaycanlı fəal Saleh Molla Abbasini həbs cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Əhər şəhərindən olan azərbaycanlı milli fəal Saleh Molla Abbasini 91 gün həbsə məhkum edib.

Molla rejimi azərbaycanlı milli fəalı “ictimai rəyi təhrik etmək üçün yalan məlumatlar yaymaq”da ittiham edib.

Bundan əvvəl iyulun 10-da Əhər şəhərində İran məhkəməsinin 101-ci şöbəsində keçirilən iclasda Molla Abbasinin vəkili Əsgər Məhəmmədi də iştirak edib və müvəkkilini müdafiə edib.

Qeyd edək ki, azəərbaycanlı milli fəal Saleh Molla Abbasi 2022-ci il oktyabrın 9-da rejimin məmurları tərəfindən həbs edilmişdi.

Azərbaycanlı fəal noyabrın 9-da 1 milyard 200 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Təbriz zindanından zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …