Bazar ertəsi , May 6 2024
azfa

Xudafərinin tarixi Həsrət körpüsü yerində Güneydən erməni işğalındakı ərazilərə körpü tikiləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xudafərin şəhərindən erməni işğalına düşmüş Quzey Azərbaycan ərazilərinə körpü tikiləcək. Bu barədə  Xudafərinin İcra Hakimiyyəti başçısı Əhmədəli Əsədpur açıqlama verib. Əhmədəli Xudafərinin İcra Hakimiyyəti başçısı Əsədpur bu barədə mayın 1-də Şəhər Şurasının keçirdiyi iclasda danışıb.

O deyib: “Bakı və Tehran arasında Xudafərin məntəqəsində yeni bir körpünün tikiləcəyi barədə razılıq əldə olunub. Körpünün adı İran və Azərbaycan Respulikasının dostluq körpüsü olacaq”.

Əhmədəli Əsədpurun sözlərinə görə, “yeni körpünün tikilməsi üçün təxminən 10 milyard tümən məbləğində vəsait tələb olunur, büdcə təmin olacağı təqdirdə körpünün tikintisinə başlanılacaq.”

Dostluq körpüsü hələlik şimal hissəsi Ermənistanın işğalında olan tarixi “Həsrət körpüsü”nü əvəz edəcək. Azərbaycanın iki hissəsi, yəni Qaradağ və Qarabağ bölgələri arasındakı tarixi “Həsrət körpüsü”nün təxminən üçdə biri 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandıqdan və Azərbaycan ikiyə bölündükdən sonra dağıdılıb.

Azərbaycanın Güney və Quzey hissəsini birləşdirən “Həsrət körpüsü” qardaşlıq və birlik simvolu kimi tanınır. Yeni körpünün tikilməsi ilə tarixi körpünün taleyinin necə olacağı barədə məlumat verilmir.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …

Bir cavab yazın