Şənbə , Oktyabr 24 2026
azfa

Təbrizdə vəkillər etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sentyabrın 13-də Şərqi Azərbaycan Vəkillər Birliyinin bir qrup üzvü Təbrizdə etiraz aksiyası keçirib.

Azərbaycanlı vəkillər İran parlamentinin vəkillərin fəaliyyət icazələri ilə bağlı yeni qərarına etiraz ediblər.

Mitinqdə nümayiş etdirilən plakatlarda “Vəkillər birliyinin müstəqilliyi millətin əsas hüquqlarını təmin edir”, “Vəkillər birliyinin müstəqilliyi = ədalətli məhkəmə sistemi” kimi şüarlar yazılıb.

Qeyd edək ki, parlamentin yeni qərarına əsasən, vəkillik icazəsinin verilməsi hüquqşünas assosiasiyalarından alınaraq, İqtisadiyyat və Maliyyə Nazirliyinin alt qrumlarına veriləcək.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …