Bazar ertəsi , Avqust 24 2026
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı fəalların müvəqqəri həbs müddətini artırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Urmiy gölünün qurudulmasına etirazlarla bağlı həbs etdiyi azərbaycanlı fəalların müvəqqəri həbs müddətini artırıb.

Ədliyyə orqanlarının məlumatına görə, Güney Azərbaycan Milli Hərəkatının fəallarının həbs müddəti oktyabrın 13-nə qədər uzadılıb.

Həmin milli fəallar arasında Davud Şiri, Əli Babai, Peyman İbrahimi, Məhəmmədrza Movəhhed, Cavad Sudbar, Azər İbrahimzadə və Hüseyn Azadın adları qeyd edilib.

Qeyd edək ki, fəalların həbs səbəbi, onlara qarşı irəli sürülən ittihamlar və vəziyyətləri barədə ailələrinə dəqiq məlumat verilmir.

Həmçinin yoxlayın

Evin həbsxanasında beş azərbaycanlı fəalın sağlamlıq vəziyyətinin ağırlaşması barədə hesabat: aclıq aksiyasından sonra verilən müalicə vədləri hələ də nəticəsiz qalıb

GADTB: Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbusların fiziki vəziyyəti ilə bağlı yayılan hesabata əsasən, bir …

Basent: “İran rejiminə qarşı son mərhələyə daxil olmuşuq”; tarixdə düşmənə qarşı ən böyük maliyyə hücumu başlayır

GADTB: ABŞ-ın maliyyə naziri Skott Basent Donald Tramp administrasiyasının İran İslam Respublikasına qarşı kampaniyasının “son …