Cümə axşamı , Sentyabr 10 2026
azfa

Türk dövləti Qazaxıstan ABŞ-la mühüm razılaşmanı təsdiqlədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk dövləti Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ABŞ-ın xüsusi təyinatlı yüklərin ölkənin dəmiryollarından istifadə edərək daşınmasına izn verən protokolu imzalayıb.

Bu barədə informasiyanı Qazaxıstanın rəsmi qəzeti olan “Kazaxıstanskaya Pravda” yayıb.

Qeyd edək ki, bundan öncə Qazaxıstan parlamentinin hər iki palatası bu razılaşmanı ratifikasiya etmişdi.

Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, ABŞ-ın hərbi yükləri Azərbaycan vasitəsilə Qazaxıstanın Aktau və Kurık limanına, oradan isə Özbəkistan vasitəsilə Əfqanıstana daşınacaq.

Həmçinin yoxlayın

Qaradağ meşələrini molla rejimin mədənçilik fəaliyyəti məhv edir – Video

GADTB: Yayılan görüntülər bir ildən də az müddət ərzində Qaradağın meşələrinin və təbii ərazilərinin bir …

ABŞ səfirliyi: Husilər Yəməni İran İslam Respublikası üçün bazaya çeviriblər

GADTB: ABŞ-ın Yəməndəki səfirliyi bildirib ki, husilər və onların İrandakı tərəfdarları hesablamalarında yanılıblar və Yəmənin …

Bir cavab yazın