Çərşənbə , Oktyabr 28 2026
azfa

Güney Azərbaycanda molla rejimin təzyiqləri ilə qarşılaşan Röya Zakiriyə dəstək aksiyası keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə bir qrup azərbaycanlı milli fəal bu yaxınlarda “Əxlaq” polisinin hücumuna məruz qalaraq həbs edilən Röya Zakirinin şəkillərini dərc edərək şəhərin müxtəlif yerlərinə yapışdırıblar.

Onlar azərbaycanlı qıza azadlıq tələb ediblər. Bununla bağlı fəalların çap edib yaydıqları vərəqələrin üzərində yazılıb: “Röya Zakiri (Təbriz qızı)”, “Azadlıq, Ədalət, Milli Hökumət”.

Qeyd edək ki, Röya Zakiri oktyabrın 15-də Təbrizdə məcburi hicabdan imtina etdiyi üçün molla rejimin “Əxlaq” polisi tərəfindən döyülərək həbs edildikdən sonra psixiatriya xəstəxanasına yerləşdirilmişdi. Azərbaycanlı qızın bundan öncə keçən ilki etiraz aksiyaları zamanı da təzyiqlərlə qarşılaşdığı bildirilir.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …