Bazar ertəsi , Oktyabr 26 2026
azfa

İrqçi fars rejimi raket proqramının gizli olduğuna etiraf etdi

İrqçi fars rejiminin məclisinin Xarici Siyasət Komissiyasının üzvü Seyid Hüseyn Nəqəvi Hüseyni rejimin raket proqramının gizli olduğuna etiraf edib. O deyib ki, ABŞ-ın nüvə razılaşmasından çıxmasına hazırlıq olaraq bütün tədbirlərimizi görmüşük. O  “Tasnim” agentliyinə açıqlamasında iddia edib ki, məhz Qərb İranla imzalanan nüvə razılaşmasının öhdəliklərinə əməl etməyib.

Nəqəvi Hüseyni deyib: “ABŞ Avropaya təzyiq edərək onlara məntiqsiz istəklərini diktə etməyə və raket proqramı bəhanəsi ilə ölkəmizə qarşı yeni sanksiyalar tətbiq etməyə çalışır. Avropalılar ABŞ-ı razılaşmadan çıxmağa qoymamaq üçün Tehrana vədlər verirlər, amma biz bu siyasəti qəbul etmirik. İranın müdafiə və raket proqramı müzakirəyə qapalıdır”.

Qeyd edək ki, irqçi fars rejimi qeyri-fars millətlərə zülm etməklə yanaşı dünyada terrorçuları dəstəkləyib, müxtəlif bölgələrdə böhran və qarşıdurmalara səbəb olur.

Həmçinin yoxlayın

Özbəkistan Səmərqəndin tarixi irsinin fars irsi kimi təqdim edilməsinə etiraz etdi; İranın səfiri çağırıldı

GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam …

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Bir cavab yazın