Cümə axşamı , Oktyabr 29 2026
azfa

Molla rejimi İsrailə neft ixrac edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “İran İnternational” xəbər ajansı yazır ki, İran Türkiyə vasitəsilə İsrailə neft ixrac edir və bu, Təl-Əvivin yanacağa olan ehtiyacının əhəmiyyətli hissəsini təmin edir.

Bu barədə İLNA xəbər saytı Türkiyənin “Sabah” qəzetinə istinadən məlumat yayıb.

İran parlamentinin keçmiş üzvü Hidayətullah Xadimi İLNA-ya müsahibəsində bunu inkar etməyib.

“Türkiyə ilə İsrail arasında iqtisadi, hərbi, mədəni və turizm sahəsində əlaqələr var və Türkiyənin İrandan aldığı nefti İsrailə ixrac etməsi ehtimalı yüksəkdir”, – deyə o, qeyd edib.

Müstəqil ekspertlərin fikrincə, sanksiyalardan əziyyət çəkən və neftin satışında problemlər yaşayan İranın Türkiyə vasitəsilə İsrailə neft ixrac etməsi Tehran rəsmilərinin razılığı əsasında baş verir.

Qeyd edək ki, İran rəhbəri Xameneyi noyabrın 1-də müsəlman ölkələrindən İsraillə əlaqələri kəsməyi, bu ölkəyə yanacaq və ərzaq ixracnı dayandırmağı təlb etmişdi./ Azad İran

Həmçinin yoxlayın

Vasitəçilər ABŞ və İran arasında görüş keçirilməsini təklif ediblər

GADTB: İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək …

Molla rejimi mühasirədən yayınmağa yol axtarır

GADTB: İran parlamentinin Sənaye və Mədənlər Komissiyasının sözçüsü Zəhra Səidi Mübarəkə İranın dəniz, hava və …