Çərşənbə , May 6 2026
azfa

Urmiya gölü ətrafında insanlar daha çox xərçəng xəstəliyindən ölür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı rejissor Urmiya gölü ətrafında insanların daha çox xərçəng xəstəliyindən öldüyünü bildirib.

Təbrizin “Azərəncümən” nəşrinin ofisində Urmiya gölü böhranının həlli mövzusunda keçirilən dəyirmi masada azərbaycanlı rejissor Məhəmməd Əlimuradi ekoloji fəlakətin fəsadları barədə danışaraq deyib ki, Urmiya gölünün quruması nəticəsində bölgədə baş verən duz fırtınaları bölgənin iqtisadiyyatı, kənd təsərrüfatı sahəsinə zərər yetirmıklı yanaşı həm də sakinlərin həyatnı da təhlükəyə Salır.

Rejissor Məhəmməd Əlimuradi həmçinin deyib: “Urmiya gölü ətrafındakı sakinlərin ölümlərinin əsas səbəbi xərçəng xəstəliyinin yayılmasıdır”.

Məhəmməd Əlimuradi problemin ölkə səviyyəsində böhran kimi rəsmiləşdirilməsinin və həll yolları üçün səy göstərilməsinin vacibliyini vurğulayıb.

O, Urmiya gölü fəlakətini bütün azərbycanlıların ortaq və unudlmayacaq dərdi adlandırıb.

Qeyd edək ki, irqçi fars-molla rejimi Urmiya gölünə axan çayların qarşısını kəsməklə gölü qurudub.

Həmçinin yoxlayın

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …

Azərbaycan 3 yeni kamikadze dron istehsal etdi

GADTB: Azərbaycanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən “Arkan İnnovations LLC” şirkəti üç yeni kamikadze dron …