Cümə , İyun 26 2026
azfa

Molla rejimi azərbaycanlı xanım fəalı ETTELAAT İdarəsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı xanım fəalı ETTELAAT İdarəsinə çağırıb.

Azərbaycan Milli Hərəkatının fəallarından Şahin Bərzgərin həyat yoldaşı Asena Şəbani dünən molla rejimi tərəfindən Təbrizdə yerləşən rejimin ETTELAAT  İdarəsinə çağırılıb.

Azərbaycanıə milli fəal bu barədə özünün “İnstagram” hesabında məlumat paylaşaraq bildirib ki, xanımı bundan öncə də sözügedən idarəyə çağırılıb.

Qeyd olunub ki, onun idarəyə çağırılmasına səbəb stadionda Güney Azərbaycanın “Traxtur” və BƏƏ-nin “Şarja” futbol komandaları arasında keçirilən oyunda iştirak etməsi olub.

Bu səhər ETTELAAT qüvvələri bir daha onun mobil telefonuna və bacısının mobil telefonuna, eləcə də atamın evinə zəng edərək, Asenanın çərşənbə günü ETTELAAT İdarəsində olmasını tələb etdilər. Səbəb milli mərasimlərə çağırılması və Azərbaycan Milli Hərəkatının azadlığa çıxmış siyasi məhbusları ilə görüşdür.

Asena Şəbani bu çağırışı qanunsuz hesab edib və ETTELAAT İdarəsinə getməyəcəyini bildirib.

Həmçinin yoxlayın

ABŞ körfəzdəki bazalarının bir hissəsini İsrailə köçürməyi nəzərdən keçirir

GADTB: “Wall Street Journal” qəzetinin yaydığı məlumata görə, ABŞ Yaxın Şərqdəki hərbi qüvvələrinin yerləşdirilməsini yenidən …

Qrossi: Müharibədən sonra İran üçün çox güclü yoxlama və məlumatların düzgünlüyünün təsdiqləmə sistemi lazımdır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi cümə günü bildirib ki, İranla ABŞ …