Cümə , Avqust 21 2026
azfa

Aclıq aksiyasına başlamış azərbaycanlı məhbus Hamid Qaraoğlani təkadamlıq kameraya salınıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiyada rejimin zindanında həbsdə saxlanılan və yanvarın 15-dən aclıq aksiyasına başlayan azərbaycanlı siyasi məhbus Hamid Qaraoğlani tək adamlıq kameraya salınıb.

Haniyə Qaraoğlaninin bacısının yaydığı məlumata görə, Həmid aclıq aksiyası keçirdiyi və bunun ictimailəşdirildiyi üçün cəzalandırıldığı ehtimal olunur.

Urmiyadan olan azərbaycanlı məhbus bir neçə xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq xəstəxanada müalicəsinə icazə verilməməsinə aclıq aksiyası keçirməklə etiraz edir.

Qeyd edək ki, 27 iyun 2020-cı ildə həbs edilən Qaraoğlani xarici ölkələrə casusluq ittihamına görə 13 il 3 ay azadlıqdan məhrum edilib.

Azərbaycanlı fəal epilepsiya xəstəliyindən əziyyət çəkir. Urmiya təcridxanasının rəhbərliyi onun tibbi yardım almasına nəinki şərait yaratmayıb, hətta bu yardımdan məhrum edib.

Həmçinin yoxlayın

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının …

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …