Cümə , Oktyabr 16 2026
azfa

İrandan Ermənistana silah və hərbi texnika göndərilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrandan Ermənistana silah və hərbi texnika göndərilməsinin görüntüləri yayıldı.

İnformasiya-analitik portalı Caliber.az-ın əldə etdiyi məlumata əsasən, 17 yanvar 2024-cü il tarixində saat 17:50 radələrində İran İslam Respublikasının Culfa yaşayış məntəqəsindən Nurduz kəndi istiqamətində 2 ədəd üzərində brezentlə örtülmüş naməlum yük daşıyan “HİNO” markalı avtomaşınların hərəkəti qeydə alınıb.

“Nəzərə alsaq ki, daşınma qaranlıq vaxtı aparılıb, yükün özü isə açıq-aşkar gözdən gizlədilmək üçün brezentlə örtülmüşdü, bunun hərbi məqsəd daşıdığı şübhə doğurmur”, – deyə məqalədə bildirilib.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …