Bazar ertəsi , İyun 15 2026
azfa

Molla rejimin güllələdiyi Hədis Nəcəfiyə həsr olunan cizgi filmi uğur qazanıb

GADTB: “Hədis” qısametrajlı animasiya filmi 14-cü Paris Beynəlxalq Animasiya Film Festivalının “Tamaşaçı mükafatı”nı qazanıb. Bu barədə filmin prodüseri Rəşid Ağamalıyev məlumat verib.

“Hədis” qısametrajlı animasiya filmi 2022-ci il sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan türkü Hədis Nəcəfiyə həsr olunub. Eyni zamanda film İranda gender, etnik və mədəni ayrı-seçkiliklə mübarizə aparanlara ithaf olunub.

“ANİMAFİLM Studio”nun istehsal etdiyi “Hədis” filmi Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzinin maliyyə və ideya dəstəyi ilə çəkilib. Azərbaycan Animasiya Assosiasiyası, “Əkinçi” platforması və “Skwigly” onlayn animasiya jurnalı filmə media dəstəyi verib.

Filmin premyerası dünyanın ən böyük animasiya festivalı olan “Annecy” Beynəlxalq Animasiya Filmləri Festivalında keçirilib.

Həmçinin yoxlayın

Razılaşma imzalanacağı halda İrana qarşı dəniz blokadasının ləğvi barədə göstəriş ABŞ ordusuna çatdırılıb

GADTB: Adı açıqlanmayan bir ABŞ rəsmisi CNN telekanalına bildirib ki, İranla mümkün razılaşmanın imzalanacağı təqdirdə, …

Əhərdəki Siyaden Polad Zavodunun 280 işçisi əməkhaqlarının ödənilməsini və iş şəraitinin yaxşılaşdırılmasını gözləyir

GADTB: Əhərdə fəaliyyət göstərən Siyadən Polad Zavodunun təxminən 280 işçisi ödənilməmiş əməkhaqları, təhlükəsizlik problemləri və …