Cümə , Sentyabr 11 2026
azfa

“Bayraktar TB3” SİHA növbəti sınaqdan uğurla keçdi

GADTB: “Bayraktar TB3” PUA qatlana bilən qanad quruluşu ilə “TCG Anadolu” kimi qısa uçuş-enmə zolağı gəmilərindən qalxıb-enmə qabiliyyətinə malik dünyada ilk silahlı pilotsuz uçuş aparatı olacaq

 “Bayraktar TB3” SİHA (silahlı PUA) Türkiyənin Tekirdağ rayonunun Çorlu qəsəbəsindəki AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində uçuş zamanı 30 min fut yüksəkliyə qalxıb.

“Bayraktar”ın verdiyi açıqlamaya görə “Baykar” tərəfindən hazırlanmış milli və yerli “Bayraktar TB3 UCAV” Yüksək Hündürlük Sistemi Performans Testini müvəffəqiyyətlə tamamlayıb.

TUSAŞ Mühərrik Sənayesi A.Ş. (TEİ) tərəfindən istehsal edilən yerli PD-170 mühərriki ilə havaya qalxan milli silahlı pilotsuz uçuş aparatının yüksək hündürlükdə sistemi və dözümlülük sınaqları uğurla başa çatıb.

“Bayraktar TB3” PUA qatlana bilən qanad quruluşu ilə “TCG Anadolu” kimi qısa uçuş-enmə zolağı gəmilərindən qalxıb-enmə qabiliyyətinə malik dünyada ilk silahlı pilotsuz uçuş aparatı olacaq.

Türkiyənin milli SİHA-sı həm də uzaq məsafədən idarə oluna bildiyi üçün görmədən başqa rabitə qabiliyyətinə də malikdir. Silahlı PUA daşıdığı ağıllı döyüş sursatları ilə xaricdəki hədəflərə qarşı kəşfiyyat, müşahidə və hücum missiyaları yerinə yetirərək Türkiyənin çəkindirici gücünə əhəmiyyətli təsir göstərəcək.

Həmçinin yoxlayın

Molla rejimi ballistik raketlərin istehsalını bərpa edib

GADTB: “The Wall Street Journal” cümə axşamı, sentyabrın 10-da, ABŞ və regional rəsmilərə istinadən məlumat …

Xalxal mədənlərinin fars rejimi tərəfindən talan edilməsinə başlanılıb

GADTB: Xalxal Sənaye, Mədən və Ticarət İdarəsinin rəhbəri Mustafa Lətifi Xalxal rayonunun Xoruş Rüstəm (Həştcin) …