Cümə , İyun 19 2026
azfa

Molla rejimi azərbaycanlı fəal Murtaza Pərvini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Milli Hərəkatının fəallarından Murtaza Pərvin bu gün səhər saatlarında Ərdəbil şəhərində irqçi fars-molla rejimin ETTELAAT qüvvələri tərəfindən həbs olunub.

Azərbaycanlı fəal səhər saatlarında ata evində yaxalanıb.

Rejimin məmurları dörd maşınla evə hücum edib və fəalı həbs etdikdən sonra onun şəxsi əşyaları, o cümlədən mobil telefon və kitablarını müsadirə edərək, özləri ilə aparıblar.

Hələlik azərbaycanlı milli fəalın hansı ittihamlarla həbs edilməsi və hara aparılması bəlli deyil.

Qeyd edək ki, azərbaycanlı milli fəal Murtaza Pərvin daha öncə də mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs və təhdid edilib, habelə ona 40 zərbə şallaq cəzası da verilmişdi.

Həmçinin yoxlayın

Tehran Atom Enerjisi Agentliyinin müfəttişlərinin İrana qayıtmasını qəbul etmir

GADTB: İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi cümə günü İranın Beynəlxalq Atom Enerjisi Agentliyi …

Avropa Birliyi edamlara görə İranı pisləyən bəyanat yayıb

GADTB: Avropa Birliyi (AB) İranda insan haqlarının vəziyyəti ilə bağlı yaydığı bəyanatda Tehranın fəaliyyətini pisləyib. …