Cümə , Dekabr 27 2024
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı fəalı ETTELAAT-ın təcridxanasına köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəal Araz Aman Təbriz şəhərində 6 gün saxlanıldıqdan sonra fevralın 12-də ailəsi ilə qısa əlaqə saxlaya bilib.

Fəal ailəsi ilə danışığında Təbrizdə rejimin ETTELAAT İdarəsinə köçürüldüyünü bildirib.

Azərbaycanlı fəal ailəsi ilə danışarkən ikimənalı sözlərlə nə isə çatdırmaq istəyib. Bu an telefon əlaqəsi kəsilib. Bu səbəbdən ailəsi onun vəziyyəti barədə nigaran qaldığını bildirib.

Qeyd edək ki, azərbaycanlı fəal Araz Aman fevral ayının 7-i məmurlar tərəfindən yaxalanarkən döyülərək, söyüşlərlə təhqir edilib. Hələlik Araz Amanın nədə ittiham olunaraq saxlanıldığı barədə ailəsinə heç bir məlumat verilmir.

Həmçinin yoxlayın

Salmas düzündə torpaq çökməsi təhlükəli həddə çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan Regional Su Təsərrüfatı İdarəsinin yeraltı su …

Təyyarı qəzasının araşdırılması üçün Türkiyə mütəxəssisləri cəlb edildi

GADTB: AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aparılan araşdırmalara Türkiyə ekspertləri də cəlb olunub. Azərbaycan araşdırmaların …