Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimi Ərdəbildə azərbaycanlı milli Behzad Dəştini ETTELAAT İdarəsinə çağrdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Ərdəbildə azərbaycanlı milli Behzad Dəştini ETTELAAT İdarəsinə çağrıb.

Behzad Dəşti telefonla ETTELAAT İdarəsinə çağrılmasını qanunsuz hesab edərək, həmin idarəyə getməyəcəyini bildirib. O, yalnız bunun üçün məhkəmə qərarının olmasının lazım olduğunu bildirib.

Qeyd edək ki, İranın ETTELAAT İdarəsi Güney Azərbaycanın müxtəlif şəhərlərində azərbaycanlı milli fəalların fəaliyyətinin qarşısını almaq məqsədilə qanunsuz olaraq onları və yaxınlarını telefon zəngləri ilə çağırıb, həbs etməklə hədələyir.

 İşgəncələrə məruz qalan azərbaycanlı mili fəalların bu addımı qanunsuz hesab edib və məhkəmə bildirişi göndərilməsini tələb edirlər.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …