Cümə axşamı , Avqust 27 2026
azfa

Ərdəbildə tətillərə başyalan Qızıl mağazaları molla rejimi tərəfindən bağlanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin vergi siyasətinə etiraz əlaməti olaraq tətil aksiyası keçirən Ərdəbil bazarının qızıl satıcılarının mağazaları bağlanıb.

Qızıl satıcılarının sözlərinə görə, təhlükəsizlik idarələri tətili dayandırmaq üçün onlara təzyiq göstərib, bundan imtina etdiklərinə görə mayın 13-də çox sayda qızıl mağazasının fəaliyyətinə qadağa qoyulub.

Bundan sonra Ərdəbil bazarında fəaliyyət göstərən başqa sahibkarlar qızıl alverçilərinə dəstək məqsədilə mağazalarını bağlayacaqları barədə hökumət məmurlarına xəbərdarlıq ediblər.

Qeyd edək ki, mayın 1-dən Təbrizin qızıl bazarında başlayan tətil hakimiyyət və parlamentin qızl alverçilərindən daha çox vergi almaq cəhdinə etiraz olaraq başlayıb Təbriz və Tehrandan sonra etirazlar Urmiya, Ərdəbil, Zəncan və Həmədan şəhərlərinə keçmişdi.

Video:

https://t.me/GADTB1/34978

Həmçinin yoxlayın

Molla rejimi İrandakı yoxsulluqla bağlı statistikanı açıqlamaqdan imtina edib: “Təhlükəsizlik qadağası var”

GADTB: Hökumət sözçüsü Fatimə Mühacirani videomüsahibəsində İranda yoxsulların sayının nə qədər olması ilə bağlı suala …

Tramp: İran İslam Respublikası etirazçılara pulemyot və snayperlərlə atəş açır

GADTB: ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Qlen Bekin radio proqramına müsahibəsində İrandakı etirazlarla bağlı …