Bazar ertəsi , Oktyabr 26 2026
azfa
Qaynar xəbər

Kürd terrorizminə qarşı mübarizə aparan Həsənin vəfatı münasibəti 3 gün matəm elan edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərinin keçmiş imam cüməsi Qulamrza Həsəninin vəfatı münasibətilə Qərbi Azərbaycan vilayətində 3 gün matəm elan edildi.

Urmiyanın imam cüməsi molla Həsəni bölgədə fəal olan kürd terror qruplaşmalarına qarşı çox fədakarlıqla mübarizə apardığı üçün azərbaycanlılar tərəfindən çox sevilir. 1979-cu il inqilabının birinci illərində Güney Azərbaycanın qərb bölgələrini kürd terrorizmi bürümüşdür, onlar Sulduz şəhərində əhaliyə qarşı soyqırım törədərək şəhəri azərbaycanlı əhalidən təmizləməyə çalışdılar. Həmin zaman molla Həsəni terrorçulara qarşı mübarizədə böyük cəsarət göstərib yerli əhalinin mübarizəsinə rəhbərlik edərək bölgəni terrorçulardan təmizləmişdir.

Molla Həsəni imam Cümə olmaqdan başqa Urmiya və ümumiyyətlə Qərbi Azərbaycanda türklər üçün mənəvi dayaq hesab olunurdu. O bölgənin kürdləşdirilmə prosesinə qarşı fəaliyyətdə bir qəhrəman kimi tanınır və uzun illər Komelə, Demokrat, PKK və onun qolu olan “Pejak” terror qruplaşmaları ilə mübarizə aparmışdır.

Qeyd edək ki, Qulamrza Həsəni mayın 21-də 91 yaşında böyrək xəstəliyindən dünyasını dəyişib. O sabah dəfn ediləcək.

 

Həmçinin yoxlayın

Qaşqayların ənənəvi geyimləri Türkiyədə keçirilən beynəlxalq konfransda Türk dünyasının tarixi kimliyinin və mədəni irsinin bir hissəsi kimi təqdim olunub

GADTB: Qaşqay türkü olan tədqiqatçı Altay Qaşqay Türkiyədə keçirilən beynəlxalq konfransda elmi məruzə ilə çıxış …

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

GADTB: Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb. Mətbuatda tatılan məktubun mətnini təqdim …

Bir cavab yazın