Çərşənbə , Avqust 26 2026
azfa

Azərbaycan Fransanın Ermənistana verdiyi “Sezar”ları qarşı Türkiyədə MKE YAVUZ T-155 haubitsalarını ala bilər

GADTB: Hazırda Türkiyə SEZAR-la demək olar ki, eyni parametrlərə malik MKE YAVUZ T-155 haubitsalarını istehsal edir. Qardaş Azərbaycan da istənilən vaxt bu haubitsaları əldə edə bilər.

Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar Ermənistanın Fransadan “Sezar” haubitsaları almaq üçün müqavilə imzalamasını şərh edərkən deyib.

O bildirib ki, atış məsafəsi 40 km olan “Sezar”lar sürətlə yerini dəyişmək xüsusiyyətinə görə çətin hədəf sayılır:

“Topu daşıyan yük maşınının sürəti isə saatda 90-100 km-yə qədərdir. Beləliklə onu müəyyən etmək və vurmaq çətinləşir. Ona görə də bu haubitsaları Ermənistan ordusunu gücləndirəcəyi qənaətimizi bir daha təkrarlayırıq”.

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …