Cümə axşamı , Oktyabr 15 2026
azfa

Bu il Xocalı və Suqovuşana əhali qayıdacaq

GADTB: Təsdiq olunmuş köç planına əsasən Xocalı şəhəri, Kərkicahan qəsəbəsi və Malıbəyli kəndində, eləcə də Ağdərə rayonunun Umudlu kəndinə bu il ərzində ümumilikdə 228 ailənin yerləşdirilməsi nəzərdə tutulub.

Bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Xankəndi şəhərində keçirilən “Ətraf Mühitinin Gücləndirilməsində Maarifləndirmə və Hüquq Mühafizə Tədbirlərinin rolu” mövzusunda Elmi-Praktiki Konfrans zamanı deyib.

O bildirib ki, artıq Xocalı şəhərinə 50 ailənin köçürülməsi təmin edilib, yaxın müddətdə isə daha 50 ailənin köçü həyata keçiriləcək:

“Hazırkı tarixədək isə Ağdərə rayonun Talış kəndinə 20 ailə köçürülmüş, bu ilin sentyabr və oktyabr aylarında isə Suqovuşan qəsəbəsinə 190 ailənin köçürülməsi planlaşdırılır. Növbəti illərdə bu say dəfələrlə artacaqdır”.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …