Çərşənbə , Avqust 26 2026
azfa

Evin zindanında edam cəzasını gözləyən azərbaycanlı alimin həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Evin zindanında edam cəzasını gözləyən azərbaycanlı alimin həyatı təhlükədədir.

Tehranın Evin həbsxanasında edam cəzasına məhkum edilən Əhmədrza Cəlalinin həyat yoldaşı Vida Mehranniya sosial şəbəkələr vasitəsilə ictimaiyyətə həyəcanlı mesajla müraciət edib.

Mehranniya bildirib ki, əri İran və İsveç arasında məhbus mübadiləsi siyahısına daxil edilmədiyi üçün iyunun 26-dan aclıq aksiyası keçirir. Bu səbəbdən kişinin səhhətinin ciddi təhlükə altında olduğu bildirilib.

Qeyd edək ki, Əhmədrza Cəlali 2016-cı ildə İranda keçirilən akademik konfransda iştirak etdikdən sonra “İsrailin xeyrinə casusluq” ittihamı ilə həbs edilib. O, 2017-ci ildə İran Ali Məhkəməsi tərəfindən edam cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …