Cümə axşamı , Avqust 27 2026
azfa

Qərbi Azərbaycan İcması Azərbaycana qarşı qərəzli qətnamə ilə bağlı bəyanat yaydı

 GADTB: Ermənistan və Fransa beynəlxalq hüquqazidd siyasətləri üçün Beynəlxalq Frankofoniya Təşkilatından sui-istifadə edirlər. Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, mediada yayılan məlumatlara görə, Beynəlxalq Frankofoniya Təşkilatının Parlament Assambleyası Azərbaycanı “etnik təmizləmədə” ittiham edən qətnamə qəbul edib.

“Qərbi Azərbaycan İcması sözügedən qərəzli və böhtan xarakterli sənədin qəbulunu pisləyir. Ermənistanın bir tərəfdən sülhdən, sülh müqaviləsindən danışıb, o biri tərəfdən Azərbaycana qarşı belə pozuculuq əməlləri ilə məşğul olması bir sıra suallar doğurur.

Qərbi Azərbaycan İcması əsas missiyası mədəniyyət sahəsində qarşılıqlı anlaşmanın təşviqinə xidmət etmək olan Beynəlxalq Frankofoniya Təşkilatından bəzi dairələrin siyasi gündəliyi üçün sui-istifadə edilməsinə yol verməməyə çağırır”, – bəyanatda vurğulanıb.

Həmçinin yoxlayın

Yəmən Hərbi Dəniz Qüvvələri: SEPAH-ın husilərə göndərdiyi pilotsuz uçuş aparatı avadanlığı olan yükü ələ keçirmişik

GADTB: Yəmən Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə pilotsuz uçuş aparatlarının hazırlanması üçün avadanlıq daşıyan bir …

Analitik: “Vaşinqton Zəngəzur layihəsi ilə bağlı İranı sakitləşdirməyin yolunu tapıb”

GADTB: ABŞ Yaxın Şərq İnstitutunun baş elmi işçisi Aleks Vatanka hesab edir ki, Vaşinqton TRIPP …