Cümə , İyun 26 2026
azfa

ABŞ İrana körfəzdə zərbələr endirdiyi bildirilir

GADTB: “Foks Nyus” kanalı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokinsə istinadən məlumat yayıb ki, ABŞ qüvvələri İranın cənubunda bir neçə hədəfə zərbə endirib.

“ABŞ ordusu bu gün İran qüvvələrinin yaratdığı təhdidlərdən qüvvələrimizi qorumaq üçün ölkənin cənubunda özünümüdafiə hücumları həyata keçirib. Hədəflər arasında raket buraxılış məntəqələri və İran qayıqları da var idi”, – deyə o əlavə edib.

Qeyd olunub ki, ABŞ ordusunun hücumuna məruz qalan qayıqlar mina yerləşdirməyə cəhd göstərib.

ABŞ hərbçilərinin İranın cənub hissəsində yerləşən bir sıra hədəflərə zərbələr endirməsi nəticəsində SEPAH üzvləri itkilər verib.

Bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, zərbələr nəticəsində 4 SEPAH üzvü həlak olub.

Həmçinin yoxlayın

ABŞ və İran Dohada birbaşa hərbi rabitə kanalı barədə razılığa gəliblər

GADTB: ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib ki, İsveçrədəki danışıqların əsas nəticələrindən biri gələcəkdə eskalasiyanın …

Çikaqo meri avqust ayını “Türk Mədəni İrsi Ayı” elan edib

GADTB: Çikaqo şəhərinin meri Brandon Conson Türkiyə-Amerika icmasının şəhərin mədəni, ictimai və iqtisadi həyatına verdiyi …