Bazar , Oktyabr 25 2026
azfa

ABŞ ordusu Sepah və İranın saxladığı terrorçu qruplardan qorunmaq üçün döyüş hazırlığı vəziyyətinə gətirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ ordusu terrorçubaşı Qasım Süleymaninin öldürülməsindən sonra terrorçu Sepah və İranın region ölkələrində saxladığı terrorçu qruplardan qorunmaq üçün döyüş hazırlığı vəziyyətinə gətirilib.

“Foks Nyus” televiziyasının öz mənbələrinə istinadən yaydığı mlumata görə, ABŞ ordusu Qasım Süleymaninin öldürülməsindən sonra yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

İrqçi fars rejimin terrorçu  Sepah-ın keçmiş rəhbəri, Xamneyinin yanında Məsləhət Şurasının katibi Möhsün Rzayi ABŞ-ı təhdid edərək deyib ki, İran Sepah-ın Qüds briqadasının komandanı Qasım Süleymaninin öldürülməsinə görə ABŞ-dan qisas alacaq.

ABŞ-ın İrandakı maraqlarını qoruyan İsveçrә sәfirliyinin müvәqqәti işlәr vәkili İran Xarici İşlәr Nazirliyinә çağırılıb və rejimin etiraz notası ona təqdim edilib.

Qeyd edək ki, Süleymani bundan öncə Bağdad hava limanına endirilən raket zərbələri nəticəsində öldürülüb. Onunla bərabər İranın qurub saxladığı terrorçu Həşdişəbi qruplaşmasının yüksək vəzifəli üzvləri də qətlə yetiriliblər.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın